İzahlı lüğət

SƏKMƏK

f Bir və ya hər iki ayaq üstündə sıçrayaraq yerimək, sıçramaq, hoppanmaq. Kəhər at səkərək qonşu evin həyətində göründü və bir göz qırpımında .. Cəmilin qarşısında dayandı. M.Hüseyn. Çayın o tayındakı düzəngahda kəhər ürkə səkməyə başladı. Ə.Vəliyev. // Bu qaydada uçmaq, yaxud yerimək. Uçuşur durnalar, səkir teyhular; Namərd adam qalibliyin arzular. Qurbani. Qayalarda kəklik səkir; Bulud qalxır, yağış tökür. Aşıq Şəmşir. // Məc. mənada. [Püstəbanu bəyim:] Zalım oğlunun gərdəni bir qarışdır. Yerişinə bax!.. Səkir... N.Vəzirov. Səkdi gəlin, süzdü gəlin, bir də məclisin ortasında duruxub, əlləri ilə üzünü qapadı, gəlin hönkürürdü. Çəmənzəminli.
□□ Quş da səkə bilməz (səkməsin) - cürət edib yanından ötə bilməz. - Bir quş da səkməsin onun yanından! - Baş üstə yatmaram gecəni bir an. S.Vurğun. [Ataş Mirzə Cəmilə:] Nə qədər ki Ataş sağdır, Qönçənin həndəvərinə quş da səkə bilməz. Ə.Vəliyev. Quş səkməz (səkməyən) yer - qorxulu, uçurum, insan ayağı dəyməyən yer haqqında. [Sübhanverdizadənin] yolu dibsiz dərələrin yaxası ilə bitişən dağların sıldırım döşü, quş səkməyən yeri ilə gedir. S.Rəhimov. [Qəhrəman:] On il bundan əvvəl quşlar belə qorxusundan səkə bilmədiyi meşələr indi necə azaddır. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed