
SEKUNDANT[lat. secundans (secundantus) - köməkçi] 1. köhn. Dueldə iştirak edənlərdən hər birinin şahidi və vasitəçisi. [Silvio:] Üç sekundantımla birlikdə təyin edilmiş yerdə dayanmışdım. Puşkindən. [Hüseyn:] Qardaşlar, buraya zəhmət çəkin, siz burada bizim sekundantımız olun. Ə.Haqverdiyev.
idm. İdman (boks, şahmat) yarışı iştirakçısının vasitəçisi və köməkçisi. Paylaşın - Hamı bilsin
|