İzahlı lüğət

SEL

is. [ər.] 1. Güclü yağmurlardan və ya əriyən qarlardan əmələ gəlib, qarşısına gələn nə varsa alıb aparan su daşqını; daşqın. Yağışdan sonra güclü sel başladı. - Dağlardan axan sellər alaçıqlara dolub, bəzilərini yumalayıb aparır. S.S.Axundov. Haray çəkib gəlir bahar; Daşır sellər, aşır sular. R.Rza. Dağlara səs düşsün, çöllərə səda; Gurlayan sellərin dinlə səsini. N.Xəzri. □ Sel kimi müqayisələrdə: çoxluq, bolluq bildirir. Qan sel kimi axır. Pul sel kimi başından tökülürdü. - Eşşək qulaqlarını sallamış, xamuş durmuşdu, Əhməd də göz yaşlarını sel kimi axıdaraq yalvarmağında davam edirdi. B.Talıblı. Camaat, arvadlı-kişili, sel kimi axıb gəlirdi. B.Bayramov.
məc. Arasıkəsilmədən hərəkət edən insan kütləsi, izdiham, axın haqqında. [Əbülhəsən bəy:] ..Sən bu selin qarşısında dura bilməyəcəksən. M.S.Ordubadi.
xüs. Bir yerdən çıxan maqnit, işıq, qaz və s. kütləsi. İşıq seli. Qaz seli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed