İzahlı lüğət

SƏLAHİYYƏT

is. [ər.] Vəzifəsinə görə bir işə qarışmağa, bir işi görməyə ixtiyarı, hüququ olma. [Səba:] Bilmirəm, ağanın gətirdiyi bu qədər zəngin bir hədiyyəni qəbul etməyə səlahiyyətim vardırmı? M.S.Ordubadi. Mehriban, Zeynalın öz üzərində bir “ər” olmaq sifətilə haqq və səlahiyyətini düşünürdü. S.Hüseyn. // Birinin ixtiyarı, hüququ dairəsində olan məsələlər, işlər. Məhkəmənin səlahiyyəti. Bu, mənim səlahiyyətimə daxil deyil. □ Səlahiyyət vermək - ixtiyar vermək, hüquq vermək. [Xan] yerində qoyduğu Ağası bəyə xanlıqda asayişi təmin etmək üçün böyük səlahiyyət verdi. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed