
SƏLİQƏis. [ər.] Nizam və qayda, bir şeyin düzgün vəziyyəti, nizamda olması. Səliqəyə salmaq. Şeyləri səliqə ilə düzmək. Kitabları səliqədə saxlamaq. - Evin səliqəsində heç bir dəyişiklik yox idi. M.Hüseyn. Qədir kişi Fərmanın evinin səliqəsini çox bəyəndi. Ə.Sadıq. // Bir şeyi nizam və qaydada, gözəl vəziyyətdə saxlama və ya işləmə qabiliyyəti. Onun səliqəsinə söz yoxdur. □ Səliqə ilə bax səliqəli 1 və 3-cü mənalarda. Oğlan çox səliqə ilə geyinmişdi. İ.Əfəndiyev. Cahangirovun seyrək ağ saçları səliqə ilə dala daranmışdı. S.Qədirzadə.
Paylaşın - Hamı bilsin
|