İzahlı lüğət

SƏLİQƏLİ

sif. 1. Səliqəyə, üsula müvafiq, səliqəyə salınmış, müntəzəm, düzgün, nizamlı. Səliqəli iş otağı. Səliqəli yataqxana. Səliqəli ev. - [Hakim] səliqəli stolunun üstündə gördüyü lazımsız kağızları bir-bir cırıb səbətə atırdı ki, əl-ayağa dolaşmasın! Mir Cəlal. // Hər şey öz yerində, qaydada. Balaca həyət yenə əvvəlki kimi səliqəli idi. Səliqəsi olan, işi səliqə ilə görən, səliqə qaydalarını gözləyən. Səliqəli qız. Səliqəli şagird. - Səliqəli maldarlar axşam vaxtı çöldən naxır qayıdan zaman oğul-uşağı dözərlər qapılara ki, camışlar, öküzlər, inək və danalar döz girsinlər töylə həyətinə. C.Məmmədquluzadə. Zərf mənasında. Təmiz, diqqətli, dürüst, hər şey öz yerində. Skamyada mənimlə birlikdə səliqəli geyinmiş cavan bir gürcü də oturmuşdu. A.Şaiq. Şagirdlərdən, əyinlərinə geydikləri formanın son dərəcə səliqəli olmasını, düymələrinin, papaqlarındakı ulduzun par-par parıldamasını tələb edirdilər. Ə.Sadıq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SAR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed