
SƏLİSsif. [ər.] Rəvan, sərbəst, axıcı, hər cəhətdən mükəmməl. Səlis şeir. Səlis nitq. Səlis süjet. - Bir baxın, ana dilimizdə yazılan şeir nə qədər mövzun, nə qədər səlis, nə qədər də oynaq və bədiidir. M.S.Ordubadi. Bütün müdərrislərimiz ondakı səlis, axıcı natiqliyə qibtə edirdilər. İ.Əfəndiyev.
Paylaşın - Hamı bilsin
|