
SEMENTLƏMƏKf 1. Sement məhlulu tökmək, sementlə malalamaq, üzərinə sement çəkmək, sementlə örtmək. Divarı sementləmək. Səkini sementləmək.
tex. Sementlə bərkitmək, aralarını sementlə doldurub möhkəmləndirmək. [Xanmurad:] Sementlədiyimiz bəndi su yuyub aparıb. İ.Əfəndiyev. Çox keçmədi ki, Kamil borunu basdırıb sementlədi. M.Süleymanov. // məc. Möhkəmlətmək, bərkitmək. [Kələntər:] Mənə də Kələntər deyərlər, dövrəmi elə sementləmişəm ki, heç yeri qaza bilməzlər. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|