İzahlı lüğət

SƏMİMİ

sif. [ər.] Ürəkdən gələn; dəruni, həqiqi, xalis, ciddi, riyasız. Səmimi söz. Səmimi dostluq. - O, çox mehriban, səmimi bir təbəssümlə gülümsündü. M.Rzaquluzadə. // Həqiqi, doğru, ən yaxın, qəlbən bağlı. Səmimi dost. Səmimi adam. - Xədicə ilə yalnız barışmaqla qalmayıb səmimi bir arqadaş olduq. S.Hüseyn. Bu dəqiqə [Xasay] bayaqdan bəri daldığı şirin düşüncələrdən, səmimi cəbhə yoldaşlarından aralanmaq istəmirdi. Ə.Vəliyev. // Zərf mənasında. Təmiz ürəklə, candan, qəlbən. Səmimi qarşılamaq. Səmimi danışmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed