
SƏMİMİYYƏTis. [ər.] 1. Səmimilik, açıqürəklilik; səmimi münasibət. Ailədəki səmimiyyət. Səmimiyyət göstərmək. - Bu nəğmələr dərin-dərin; Geniş-geniş ürəklərin; Səmimiyyət nəğməsidir. M.Müşfıq. Oğlanın sözlərindəki səmimiyyəti hiss edən Məşədibəy bir qədər arxayınlaşıb sükuta qərq oldu. M.Hüseyn.
2. Səmimiyyətlə şəklində zərf - səmimi olaraq, səmimi; açıq ürəklə, saf qəlblə. Səmimiyyətlə cavab vermək. - [Mansur] ..hər dəfə əlimi əlinə aldıqda səmimiyyətlə sıxardı. Çəmənzəminli. Məmmədov böyük bir səmimiyyətlə arvadın əlini sıxdı. H.Seyidbəyli. Paylaşın - Hamı bilsin
|