
SƏMTis. [ər.] 1. Cəhət, tərəf, yön. Günəş səmtinə baxmaq. Dəniz səmtinə tərəf getmək. - Ağac səmtinə yıxılar. (Ata. sözü). Axirüləmr [Məhəmmədhəsən əmi] gəldi, tövləsini ortadan yarı böldü və küçəyə səmt bir qapı açdı. Məmmədquluzadə.
istiqamət. Su səmtini tutmaq. Küləyin səmtilə getmək. məc. Yaxın adam, qohum-əqrəba mənasında. Öz səmtindən qız almaq. - Aşkardı ki, qlava öz səmtini qoyub özgəni katdalıqda saxlamayacaq. C.Məmmədquluzadə. □□ Səmt düşmək - yaxınlaşmaq, yaxın düşə bilmək, yaxına getmək. Xosrovdan başqa heç kəs bu havalı ata səmt düşə bilmirdi. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|