İzahlı lüğət

SƏN

İkinci şəxs əvəzliyinin təki. Sən istəyən kimi oldu. - Sən demədinmi dumada rəf olur ehtiyacımız? Mən də dedimmi çox yemə, tez pozulur məzacımız. M.Ə.Sabir. [Əsgər:] Ay Süleyman, yaxşı oldu sən gəldin, axı deyirlər ki, sən bir ağıllı adamsan, gəl görək, sən nə məsləhət tökürsən? Ü.Hacıbəyov.
□□ Sən allah, sən allahın - bax Allah. [Məşədi İbad:] A Həsənqulu bəy, sən allah, indi insaf eyləyin, sənin yanında Rüstəm bəy demədi ki, qızı sənə verirəm. Ü.Hacıbəyov. [Gülsənəm:] Ay yoldaş Ağa, sən allah, məni bu ağbirçək vaxtımda masqaraya qoyma. H.Nəzərli. Sən demə - bax demə. Sən demə, şeytan-şuğul bunu bəyə xəbər verib. Ə.Vəliyev. Sən öl dan. - öz sözünü birinə inandırmaq istədikdə işlənir. Sən öl, düz deyirəm. Sən hara, bura hara! - gəlişi təəccüb doğuran, yaxud gözlənilmədən rast gələn adam haqqında. [Sultan bəy:] Paho, Süleyman, sən hara, bura hara? Xeyirxəbər olasan, əyləş görək, nə var, nə yox? Ü.Hacıbəyov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed