İzahlı lüğət

SƏNƏTKAR

is. [ər. sənət və fars. ...kar] 1. Hər hansı bir sənətlə məşğul olan, sifarişlə iş qəbul edib öz əmək alətləri ilə, kustar üsulla məhsul hazırlayan şəxs, usta; bir sənətlə keçinən adam. Burada əlli üç minə qədər müxtəlif yerlərdən gəlmiş fəhlələr, ustalar, sənətkarlar vardır. M.S.Ordubadi. Gənc sənətkarlar neftçilər üçün borusıxan hazırlamalı idilər. H.Seyidbəyli.
2. Öz işində, peşəsində, sənətində böyük məharət və ustalıq qazanmış şəxs. [Şair Ərəstun:] Elə mən də böyük sənətkarlardan, şeirdə böyük hünərdən, coşqun bir ilhamdan danışıram. S.Rəhimov. Heç şübhəsiz ki, Nizami, Xaqani və Nəsimi kimi böyük sənətkarlar müəyyən tarixi-ədəbi hazırlıq olmadan meydana çıxa bilməzdi. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed