
SƏNGƏRis. Güllədən, qəlpədən qorunmaq üçün qazılan çuxur, xəndək. Səngər qazımaq. Səngərdə gizlənmək. - Nəbi cəld özünə bir səngər tapıb daldalanandan sonra aynalı tüfəngi işə salır. “Qaçaq Nəbi” . Döyüşçülər yeni qazıdıqları üstüörtülü səngərdə oturmuşdular. Ə.Vəliyev.
Paylaşın - Hamı bilsin
|