
SƏNLİ-MƏNLİ1. is. Sən, mən, hamımız, hamı bir yerdə, hamılıqla, birgə. Sənli-mənli birləşək, işi yerinə yetirək. - [Qurban Telliyə:] Orası elədir, Telli, amma qorxuram sənli-mənli bütün kolxoza söz gələ. Ə.Məmmədxanlı.
zərf Öz aralarında, ikilikdə; məhrəmanə, öz aramızda. [Telli] bu barədə düşünürdü; yenə əvvəlki kimi üzünü [müəllimdən] tutub yaşınsın və ya bu gecəki kimi onunla sənlimənli danışsın. S.Hüseyn. Paylaşın - Hamı bilsin
|