İzahlı lüğət

SƏPƏLƏMƏK

f . 1. Bir şeyi müxtəlif tərəfə necə gəldi atmaq, dağıtmaq, töküşdürmək, yaymaq. Bunlardan əlavə, [Əbiş] şkafın gözlərini eşələyir, kağızlardan çıxarır, stolun üstünə səpələyirdi. S.Rəhimov. Səpmək, tökmək. Buğda səpələmək. Darı səpələmək. - ..Afaq çoxdan bu yerləri tərk etmiş quşları da geri qaytarmaq istəyərək, bağçadakı təpəciyə gətirib bir çanaq arpa səpələdi. Ə.Məmmədxanlı. Sovurmaq, sıçratmaq. Külək qarı səpələr, - Bəxtiyar! Ağ geyinər təpələr, - Bəxtiyar! R.Rza // Narın-narın yağmaq, çiləmək. Arabir narın yağış da səpələyir, soyuq adamın iliklərinə işləyirdi. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed