
SƏPKİis. Şəkil, biçim, üsul, tərz, qayda. Bir səpkidə evlər tikilmək. Eyni səpkidə ağac əkmək. - Bəli, indi kəndlilərə bir səpkidə olan, bir biçimli, bir donlu adam kimi baxmaq dürüst olmazdı. S.Rəhimov. // Üslub, tərz, üsul. Şərq səpkisində musiqi. - Vaqifin əbnayivətənə vəz və nəsihət səpkisində yazdığı müxəmməsin məali-pürməzmunu həmişə doğruluq üzrə qalıb. F.Köçərli. “Bahadır və Sona” öz üslubu ilə də fərqlənir. Bu kiçik roman lirik səpkidə yazılmışdır. M.Arif.
Paylaşın - Hamı bilsin
|