
SƏR[fars.] klas. 1. is. Baş. [Qurbani:] Sərim sadağadı, üzüm payəndaz; Candan qeyri yoxdur bir matah məndə. “Qurbani” . Ələsgərin ağlın aldın sərindən; Saf gövhərsən, sərraf seçib dərindən. Aşıq Ələsgər.
sif. Ən yaxşı, əla, baş. [Nəbi:] Boz at, səni sər tövlədə bağlaram; Qabağına yağlı quyruq doğraram. “Qaçaq Nəbi” . Paylaşın - Hamı bilsin
|