İzahlı lüğət

SƏRBƏST

sif və zərf [fars.] 1. Başqasından asılı olmayan, özü öz ixtiyarında, başqası ilə bağlı olmayan; müstəqil. Ah, bu çocuqlar olmasa idilər, Zeynal nə qədər sərbəst və bəxtiyar olacaqdı. S.Hüseyn. // Azad, hürr. Sərbəst həyat. - Söylə, nə göstərim bu günə dair; Könüllər sərbəstdir, duyğular azad. S.Vurğun. // Heç bir şeylə məhdud edilməyən, maneəsiz. Sərbəst seçkilər. Sərbəst ticarət. Sərbəst fikir mübadiləsi. Sıxılmadan, çəkinmədən, istədiyi kimi, təklifsiz. Mayanın Qaraşla belə sərbəst rəftarı, hətta ona söz buyurması Rüstəm kişiyə xoş gəlmədi. M.İbrahimov. // zərf Maneəsiz, çətinliksiz. Özünü sərbəst hiss etmək. - Sübhanverdizadə arxası üstə çevrildi. indi onun qolları hər yana sərbəst hərəkət edə bilərdi. S.Rəhimov. Qadir, yəhərdə sərbəst oturmadığına baxmayaraq, dönüb .. qızılı şəfəqlərə diqqət etdi. Ə.Əbülhəsən.
Öz gücü, öz bacarığı ilə, təkbaşına, müstəqil. Mövzunu sərbəst işləmək. // Asanlıqla, çətinlik çəkmədən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed