
SƏRBƏSTCƏ(SİNƏ)zərf 1. Tamamilə sərbəst, müstəqil, başqasından asılı olmadan. Sərbəstcə yaşamaq. // Asanlıqla, heç bir çətinlik çəkmədən, tamamilə sərbəst. Rusca sərbəstcə danışır.
Çəkinmədən, utanmadan, sayğısızcasına. Sərbəstcəsinə hərəkət. - Xalıqverdi kişinin gözlədiyinin əksinə, Ataş əsla utanmadan, sərbəstcə cavab verdi. Ə.Vəliyev. // Sadəcə, heç bir şeylə hesablaşmadan. [İskəndər kişi] şapkasını götürüb sərbəstcə stolun üstünə atdı. İ.Hüseynov. Paylaşın - Hamı bilsin
|