İzahlı lüğət

SƏRDAR

is. [fars.] 1. tar. Keçmişdə: bir vilayəti idarə edən və dövlət başçısı adından sərəncam vermək hüququna malik olan hakim. Qafqaz sərdarı. - [Vəkillər] ..bu ərizələri və siyahıları makinada səliqə Hə çap eləyib, gətirib qoymuşdular sərdarın qabağına. C.Məmmədquluzadə. Gorus naçalnikindən başlayıb, Gəncə qubernatından ötüb, Tiflisdəki sərdara qədər padşaha hey xəbər yazılır, yuxarıdan hey fərman gəlirdi. S.Rəhimov.
2. Başçı. [Koroğlu Eyvaza:] Səni Çənlibelə özümə oğul, dəlilərə sərdar eləməyə aparıram. “Koroğlu” . // məc. Obrazlı təşbehlərdə. Gözəllər sərdarı. - Hüsnün sərəsgəri, vəslin sərdarı; Haşa gələ bu sığnağın üstünə. Q.Zakir. Sən ey gül fəslinin dildarı lalə; Yaşıl çəmənlərin sərdarı lalə! N.Rəfibəyli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed