İzahlı lüğət

SƏRƏFRAZ

sif və zərf [fars.] klas. Başı uca. Sərəfraz gəzirsən büllur otaqda; Uzaqda oduna yananı gözlə! Aşıq İman. □ Sərəfraz buyurmaq tənt. - bax sərəfraz etmək. Mən özümü borclu hesab edirəm, sizdən razılıq eləməyə ki, bu uzun yolu zəhmət ilə buraya gəlib, məni sərəfraz buyurubsunuz. C.Məmmədquluzadə. Xeyli sərəfraz buyurmuşsunuz, biz ata-babadan xalqın məsləhəti ilə hökumət sürmüşük... M.S.Ordubadi. Sərəfraz etmək (eyləmək, qılmaq) - gəlməyi və ya başqa bir hərəkəti ilə birinin başını uca etmək, hörmətini qaldırmaq, hörmətə mindirmək, adamların gözündə yüksəltmək; şərəfləndirmək. Məcnun dedi: Ey açan mənə raz; Lütfilə qılan məni sərəfraz! Füzuli. [Ağa Kərim xan:] Əziz qonaq bizi sərəfraz edib, xoş gəlib.. N.Vəzirov. Sərəfraz olmaq başı uca olmaq, yüksəlmək. Nazənin-nazənin edərsiz avaz; Ruh tazələnir, olur sərəfraz. M.P.Vaqif.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SEL

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed