SƏRHƏDis. [fars. sər və ər. hədd] 1. Qonşu torpaqları, sahələri, ərazini bir-birindən ayıran xətt; mərz. Avropa ilə Asiyanın sərhədi. // Qonşu dövlətlərin ərazisini, ya sularını biribirindən ayıran xətt; hüdud. Dövlət sərhədi. Su sərhədi. Sərhədi pozmaq. - Qoşunlarımız irəliləyib, Almaniya sərhədlərinə yaxınlaşırdılar. M.Hüseyn. [Eldar:] Biz sərhəd boyunda yaşayırıq, buralarda tez-tez qəribə və gözlənilməz hadisələr baş verir. M.Rzaquluzadə.
məc. Yol verilən norma; hədd, hüdud. Hər şeyin bir sərhədi olmalıdır. - Bəzən də heç bir sərhəd, heç bir məqam gözləməyən arvadı inandırmaq üçün çətin bəhsə girişməli olurdu. B.Bayramov. □ Sərhəd qoymaq son qoymaq, hədd qoymaq. Sərhədi keçmək - ədəb dairəsindən çıxmaq, cızığı keçmək, həddini aşmaq. Paylaşın - Hamı bilsin
|