İzahlı lüğət

SƏRİLMƏK1

f 1. Əl və ayaqlarını açıb uzanmaq. Divana sərilmək. Xalça üstünə sərilmək. - Qucağı uşaqlı arvadlardan bir neçəsi özündən gedib, qarın üstünə sərilmişdi. Çəmənzəminli. Hər ikisi yumşaq otların üzərinə sərildilər. H.Nəzərli. // Yerə dəymək, yıxılmaq. Yazıq Məşədi Teymur yerə dəyib çul kimi sərildi. Ə.Haqverdiyev. Məsmə .. [Seyidi] bütün qüvvətilə özündən o tərəfə itələyir. Kor Seyid üzü üstə yerə sərilir. S.Hüseyn. // Düşüb qalmaq, yıxılıb qalmaq. Yaxınlaşanda [İmamverdi] gördü ki, bir uşaq hərəkətsiz yerə sərilibdir. S.S.Axundov.
məch. Salınmaq, döşənmək. Usta Ağabala... pəncərənin qabağında sərilmiş (f.sif.) fitələr üstə hənalanıb yatmış iki kişini süzdü. Çəmənzəminli. Sobanın yanında Tellinin yatağı sərilmişdi. S.Hüseyn.
məch. Qurumaq üçün ip, məftil, ağac və s. üzərinə salınmaq, asılmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed