
SƏRİNLƏMƏK1. f Sərin olmaq, sərin düşmək. Axşamüstü hava sərinlədi.
2. Bax sərinlənmək. [Nuriyyə:] Mən arxın büllur kimi duru suyu ilə üzümü yuyub sərinlədim. İ.Əfəndiyev. Dərədə işləyənlər üçün isti olsa da, məktəb həyətində quyuqazanlar arabir əsən küləkdən sərinləyirdilər. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|