SƏRİNLƏNMƏKməch. Sərində oturmaq, yaxud sərin su içmək, sərin su ilə yuyunmaq və s. ilə özünü sərinlətmək, hərarətini azaltmaq. Balkonda oturub sərinləndim. Soyuq su içib sərinləndim. - [Şiraslan düşünürdü] ..hər çeşmədən yüz-yüz maşının min-min sərnişini yayın isti, qızmar günlərində bu sudan [turş sulardan] içib sərinlənərsə, .. bizim işçi adamlar üçün nə qədər də xeyirli bir iş görülmüş olar. S.Rəhimov. Pəncərəmi döyür çinar; Deyir çinar: - Çıx sərinlən kölgəmdə sən. N.Xəzri. // Sərin olmaq, sərin düşmək. Cığır aşağıya günəş şüaları buraxmayan bu göyçək əzəmətli ağacların arası ilə keçib dik yuxarı dırmandıqca meşə kölgələnib sərinlənirdi. Ə.Əbülhəsən.
Paylaşın - Hamı bilsin
|