
SƏRLÖVHƏis. [fars. sər və ər. lövhə] Əsərin və ya qəzetin başda yazılan qısa adı; məqalənin adı; başlıq. Birinci hissənin sərlövhəsi. Məqalənin sərlövhəsi. Dastanın sərlövhəsi. - Məktubun sərlövhəsi “Vətənimizin sədaqətli oğlu Nuriyev yoldaşa” deyə başlayırdı. Ə.Vəliyev. Görən nə düşündü, görən nə andı; Oxucum görüncə bu sərlövhəni. B.Vahabzadə.
Paylaşın - Hamı bilsin
|