
SƏRSƏMLİKis. Sərsəm hal və vəziyyət və ya sərsəmcəsinə iş, hərəkət; dəlilik, ağılsızlıq. [Musa:] Fəqət ilanı öldürüb də yavrusunu buraxmaq sərsəmlik deyilmi ... ya? H.Cavid. Qızın elçisiz, sorğusuz-sualsız qoşulub gəlməsi sərsəmlikdir, ağılsızlıqdır. M.İbrahimov.
Paylaşın - Hamı bilsin
|