
SƏRTLİKis. 1. Sərt şeyin halı, keyfiyyəti; bərklik, möhkəmlik. Qayanın sərtliyi.
məc. Xasiyyətdə tündlük, tündməzaclıq, kəskinlik. Əsgər özünü yığışdırdı. O, Dəmirovun yumşaqlığı içərisində olan sərtliyini də yaxşı anlamışdı. S.Rəhimov. [Vahid:] Anamdakı sərtlik də, qəzəb də yavaş-yavaş azalmağa başladı. B.Bayramov. // Sərt hərəkət, sərt rəftar. Sərtlik göstərmək. məc. Möhkəmlik, səbat, mətanət, ciddilik, sarsılmazlıq. [Ataşın] gözlərindəki məna, üzündəki sərtlik, duruşundakı vüqar əsil kişilik xüsusiyyətləri idi. Ə.Vəliyev. ..Bununla belə əsgərlərin hamısının simasında bir sərtlik, gözlərində bir qətiyyət duyulurdu. Ə.Əbülhəsən. Paylaşın - Hamı bilsin
|