SƏRVƏTDARf [ər. sərvət və fars. ...dar] Sərvət sahibi olan adam; kapitalist, dövlətli, varlı. Kluba və bələdiyyəyə üzv olmaq sərvətdarlar arasında da böyük bir şərəf sayılırdı. A.Şaiq. Birdən eşidir ki, filan kənddə filan sərvətdar mərhum olubdur. Ə.Haqverdiyev.
Paylaşın - Hamı bilsin
|