İzahlı lüğət

SƏRXOŞ

sif [fars.] İçmiş, kefli. Sərxoş adam. - Yusif sərxoş (z.) halda, o tərəfə-bu tərəfə yırğalana-yırğalana gəlib çıxdı. S.S.Axundov. □ Sərxoş etmək (eyləmək) kefləndirmək, məst etmək. [Tərxan:] Etdi sərxoş məni bu bircə qədəh. A.Şaiq. Sərxoş olmaq - içib keflənmək. Səməd artıq sərxoş olduğunu, bir az da dayansa bəlkə çox şeylər danışacağını hiss etdi. İ.Hüseynov. // İs. mənasında. Dəli sərxoşdan qorxar. (Ata. sözü). // klas. Məc. mənada. Əzizim, məzə sizdə; Mey sizdə, məzə sizdə; Mən sənin sərxoşunam; Meysiz də, məzəsiz də. (Bayatı). // klas. Göz haqqında - xumar, süzgün. Dəli könül, gör başına bir çarə; Gözü sərxoş, zülfü ilan gəlməmiş. Q.Zakir.
□□ Sovet dövründə: Sərxoşları ayıltma məntəqəsi - sərxoşları ayıltmaq üçün tibb məntəqəsi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed