İzahlı lüğət

SƏRZƏNİŞ

is. [fars.] 1. Qaxınc, danlaq, tənə, məzəmmət; başa qaxma. Məmməd bəy Ağabəyimin sərzənişinin mənasını anladı. Çəmənzəminli. [Arif:] Artıq yetişir bu sərzənişlər; Əfv eylə, qüsurə baxma, Xavər! H.Cavid. □ Sərzəniş etmək - danlamaq, tənə etmək, məzəmmətləmək. [Əmiri-topxanə:] Yəqinimdir ki, bu söz Bağır xana əsər edəcək, çünki dünən səlami-ammdə şah ona qəzəbnak olub sərzəniş edibdir ki, çaxır içib, məst olub, namaz qılmağa məscidə daxil olubdur. M.F.Axundzadə.
2. Sərzənişlə şəklində zərf - töhmətlə, tənə ilə, məzəmmətlə. [Yaşlı kişi:] Başını sərzənişlə bulayıb, Şirinnaz töhmətedici bir baxışla mənə baxdı. S.Hüseyn. Bülənd üzünü döndərib sərzənişlə qıza göz yetirdi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed