
SƏSLƏMƏKf Çağırmaq, haraylamaq. Uşağı səslə, gəlsin. Qonşunu səsləmək. - Bahadır çox sağ ol, - deyib Novruzu səslədi. N.Nərimanov. ..Eldar boylanıb onları tanıdı və səslədi. M.Rzaquluzadə. Yamyaşıl zəmilər, gömgöy meşələr; Şirin nəğməsiylə səsləyir bizi. N.Xəzri.
Paylaşın - Hamı bilsin
|