İzahlı lüğət

SƏSLƏNMƏK

f . 1. Səs çıxartmaq. Budaqlar tərpəndi, ağaclar səsləndi. Mir Cəlal. Ağaclar başında səslənir külək; Yarpaqlar uzaqdan yelpiklənərək. B.Vahabzadə. // Səsi çıxmaq, səsi eşidilmək. Qonşu otaqdan zəng səsləndi, Firuzənin gülüşləri və mahnısı eşidildi. C.Cabbarlı. Radio səslənir: - Hüseyn, dön geri; Qalxmışdır ehtiyat təyyarələri. M.Rahim.
Çağırana cavab vermək, səsini ucaltmaq. Bu vaxt eşikdən Qulam xan səslənir. M.S.Ordubadi. ..Nəriman əmi nəşə ilə səsləndi. I.Əfəndiyev. ..Sahibkarlar və dükançılar dayanan topadan kimsə bərkdən səsləndi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed