İzahlı lüğət

SƏSSİZ

sif. və zərf 1. Səs çıxarmayan, səs çıxarmadan, asta(dan), yavaş(dan). Lakin [Nuriyyənin] balaca qəlbi səssiz, lal nəğmələr oxuyaraq məchul bir ümidlə yaşadı. I.Əfəndiyev. O səssiz nəğmələri; Suların qucağından; Qopara bilsin gərək. B.Vahabzadə. // Dinməz, dinməz-söyləməz, kirimiş, susmuş (halda). Yusif və Bahadır gözlərini silib xeyli vaxt səssiz oturdular. N.Nərimanov. Gövhər nənə səssiz hər bir masanın kənarına bir stəkan çay qoyub qayıdırdı. S.Rəhimov.
2. Sakit, səs-küysüz, sükut içində. Hər saat dolanır bir dəqiqə tək; Səssiz gecələrin ömrü gödəlir. S.Vurğun. Kənd səssiz bir halda məzar sükutu içində yatırdı. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed