
SEVDALIsif. Sevdaya düşmüş, məftun olmuş; məftun, vurğun, aşiq. Çəmən döşəyidir sevdalı yarın; Ona layla deyir səhər küləyi. S.Vurğun. Ətirlənir güllərin; Sevdalı bülbüllərin; Ötüşür can bağımda. M.Müşfiq. [Rza:] Gülər üzləri çoxdan kədər, aydın baxışları duman, sevdalı könülləri nifrət bürümüşdü. M.İbrahimov.
Paylaşın - Hamı bilsin
|