
SEVDİRMƏKicb. Sevməyə məcbur etmək, istətmək; nə yolla olur olsun bir şeyi başqasına istətməyə, bəyəndirməyə çalışmaq, birinin istəyini qazanmağa çalışmaq. Bir qadın gözəlliyi, mərifəti və özünü sevdirməyi bacarırsa, ona bağlanmaq mümkündür. M.S.Ordubadi. Gülü də sevdirən bizə ətirdi; Gəl hikmət axtaraq söz gülzarında. B.Vahabzadə.
Paylaşın - Hamı bilsin
|