
SEVGİSİZzərf və sif. Sevgi hissi olmadan, sevmədən, məhəbbətsiz, istəmədən. Sevgisiz ərə getmək. - [Aşıq Sultan:] Vicdanları parlaq tutan sevgidir; Sevgisiz könül ya daşdır, ya dəmir. H.Cavid. Sevgisiz, yoldaşsız bir gözəl kimi; Sükuta qərq olub yaşardın əlbət. M.Dilbazi.
Paylaşın - Hamı bilsin
|