İzahlı lüğət

SEVİMLİ

sif. 1. Mehriban, əziz, sevgili, istəkli. [incə:] ..Uşaq könlüm heç fərqinə varmadı. O hər kəsdən dəyərli, igid, gözəl, sevimli... C.Cabbarlı. [Xaqani:] Oxu, bülbülciyim, səsinə qurban; Ey ilham pərisi, sevimli canan! M.Rahim.
Xoşagələn, xoşlanılan, insanın məhəbbətini cəlb edən; cazibəli. Sevimli səs. Sevimli nəğmə. - Onun ən gözəl və sevimli xüsusiyyətlərindən birisi zahiri görünüşündə olan məhcubluğu, həyalılığı və utancaqlığı idi. M.S.Ordubadi. Bura mənim sevimli yerlərimdən biri idi. A.Divanbəyoğlu.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed