
SEVİNƏ-SEVİNƏzərf Şad, çox razı halda, sevinərək, sevinc içində. Sevinə-sevinə getmək. Sevinə-sevinə oxumaq. - Əhməd evdən ildırım kimi həyətə qaçıb, sevinə-sevinə və ləhləyə-ləhləyə gəldi anasının yanına. C.Məmmədquluzadə. Kəndlilər ağanın dağıdılmış evinə baxıb, dərindən nəfəs aldılar, sonra isə sevinə-sevinə evlərinə getdilər. S.Rəhman.
Paylaşın - Hamı bilsin
|