İzahlı lüğət

SƏY

is. [ər.] 1. Çalışma, çalışıb-çapalama, cəhd. Səyi bir nəticə vermədi. - Öhdəmizə götürdüyümüz vəzifəni əda etməkdə bacarığımızı və səyimizi əsirgəməyəcəyiz.. C.Məmmədquluzadə. □ Səy etmək (eləmək) - bir işi yerinə yetirmək və ya bir şeyi əldə etmək üçün var gücü ilə çalışmaq, cəhd etmək, çalışıb-çapalamaq, əlləşmək. Aslan nə qədər səy eləyirdi ki, Əsgərin hüsn-rəğbətini qazansın, mümkün olmurdu. C.Cabbarlı. Eşikdə olanlar özlərini evə salmağa səy edirlər. Mir Cəlal. Səy göstərmək - çalışmaq, əlləşmək, cidd-cəhd etmək. Sosialistlərə yaxınlaşanda Kərim “səy” göstərdi, gözə girməyə, qabaq cərgəyə çıxmağa cəhd etdi. M.Ibrahimov.
2. Səylə şəklində zərf - səy göstərərək, çox çalışaraq, bacardığı qədər cəhd edərək, var gücü ilə. Ağdöşlüklü qadınlar müştərilərə səylə qulluq eləyirdilər. M.Hüseyn. Rüstəm kişinin başına [Yarməmməd] xüsusi bir səylə fırlanırdı. M.Ibrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SOY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed