İzahlı lüğət

SƏYAHƏT

is. [ər.] Müəyyən məqsədlə (elmi, bir yerlə tanışlıq, idman və s.) ayaqla, ya miniklə yaşadığı yerdən uzaqlara getmə, səfər etmə. Dağlarda səyahətdə olmaq. Dəniz səyahəti. - Mirzağa elmi tənəzzöhlərə, səyahətlərə bir kərə də olsun getməmişdi. S.Hüseyn. Validə məzuniyyətə çıxıb ibadla təzə maşında səyahətə getmişdi. H.Seyidbəyli. □ Səyahət etmək - bax səyahətə çıxmaq. Səyahətə çıxmaq - gəzmək, səfər etmək. Hacı Səlimin övladı yox idi, işlərinə arvadının qardaşı baxırdı, özü ildə bircə dəfə səyahətə çıxıb şöbələrinə və əmlakına nəzər yetirərdi. Ə.Haqverdiyev. [Gündüz Gülüşə:] Bax, bibi, biz dünən məktəbdə uşaqlarla dünya səyahətinə çıxmışdıq. C.Cabbarlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

S

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed