
SƏYİRTMƏKf 1. Çapmaq, dördnala sürmək (atı). [Ayaz] “Tərlanı” üzüyuxarı kəndə tərəf səyirtdi. Ə.Məmmədxanlı. Atımı dördnala səyirdərək mən; Nəhayət, Boz dağa gəlib yetişdim. H.Hüseynzadə.
2. Uçurtmaq (quşlar haqqında). [Kərəm:] Şahini gəzdirər bəylər qolunda; Quşları səyirdər sagü solunda. “Əsli və Kərəm” . Paylaşın - Hamı bilsin
|