İzahlı lüğət

SEYR1

is. [ər.] Əylənmək və istirahət məqsədilə gəzinti, ayaqseyri, gəzmə, gəzinmə. □ Seyr etmək - gəzmək, gəzintiyə, ayaqseyrinə çıxmaq. Çıxıb başmaqseyrinə, edib seyri-çəmən gəldim; Ayaq üstdən Qazağa bir gedib, gördüm vətən, gəldim. M.P.Vaqif. Seyrə çıxmaq - gəzintiyə çıxmaq, gəzməyə çıxmaq; gəzmək, gəzinmək; çəmənlikdə, bağda və s.-də əylənmək. Əğyar ilən çıxıb seyrə, dərməsin; Layiq olmaz anlamaza bənövşə. M.P.Vaqif. Yarpaqlanır ağaclar; Yaşıllanır yamaclar; Seyrə çıxır uşaqlar; Göy çəməndə oynaqlar. A.Səhhət.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed