
SEYR2is. [ər.] Seyr etmə, baxma, tamaşa etmə, göz gəzdirmə. [Vaqif] meşənin seyrindən ayrılıb Mədinəni süzməyə başladı. Çəmənzəminli. □ Seyr etmək - baxmaq, tamaşa etmək. Ətrafı seyr etmək. - Xanların sözünə baxmayaraq qapının aralığında durub yağışı seyr edirdim. Qantəmir. Seyr edib yaxını, gah da uzağı; Bir az seçə bildim qaranı ağdan. B.Vahabzadə. Seyrə dalmaq - fikri bir şeyin seyrinə getmək, seyr etmək. [Arxeoloq:] Bu bəzəkli çöllərin; Seyrinə dalan zaman; Coşmamış olmaz ürək. H.Hüseynzadə.
Paylaşın - Hamı bilsin
|