
SEYRAN[ər. seyr və fars. ...an] 1. Bax seyr1. □ Seyrana çıxmaq - seyrə çıxmaq. Ay gecə qəbrində cövlana çıxsın; Ulduzlar süzülüb seyrana çıxsın. M.Müşfiq. Çıxmış dəniz sahilinə iki gənc qız seyrana; Xeyli gəzib dolaşırlar... Sonra isə yan-yana; Sahildəcə oturaraq başlayırlar söhbətə. N.Xəzri.
2. Bax seyrəngah. Xoş gün bayramın olsun; Gülşən seyranın olsun! Niyə gec-gec gəlirsən? Canım qurbanın olsun! (Bayatı). Paylaşın - Hamı bilsin
|