İzahlı lüğət

SEYRƏLMƏK

f 1. Seyrək hala gəlmək, azalmaq, tökülmək (saç, qaş və s. haqqında). [Bəhlul:] Seyrəlmiş (f.sif.) tüklər [atamın] uzunsov başına yalanmış kimi yatmışdı. B.Bayramov.
Parçalanmaq, dağılmaq, seyrəkləşmək. Torpaq qızır..., qar əriyir..., çaylar bulanır...; Gah seyrəlir, gah sıxlaşır əlvan buludlar. S.Vurğun. Yavaş və yeknəsəq piyada addımlarının səsi altında qaranlıq seyrəlir, üfüq işıqlanırdı. Mir Cəlal.
Ara-sıra olmaq, hərdənbir olmaq, təktək görsənmək. Gələn-gedən seyrəlmişdi. - [Qəhrəman:] ..minlərlə atılan yaylım atəşləri bir az seyrəldi, topların səsi lap kəsildi. H.Nəzərli. Küçələrdə izdiham seyrəlmişdi. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed