
SEYRƏNGAHis. [ər. seyr və fars. ...gah] Seyr yeri, gəzinti üçün səfalı, mənzərəli yer. Kür qırağının əcəb seyrəngahı var; Yaşılbaş sonası, hayıf ki, yoxdur! M.P.Vaqif. Yayda yaylağımdır, qışda oylağım; Yazda seyrəngahım bu dağlar mənim! Aşıq Ələsgər. - Bəli, tanıyıram, - dağ gəldi dilə; - Qocaman Qafqazın seyrəngahını. N.Xəzri.
Paylaşın - Hamı bilsin
|