
SEYSMİKsif. [yun. seismoz - zəlzələ] Zəlzələ ilə əlaqədar olan, zəlzələyə aid olan. Seysmik hadisə. Seysmik dalğa. // Zəlzələyə məruz, zəlzələ ola bilən. Seysmik sahə. Seysmoloq.. şəhərin seysmik cəhətlərini telefonla .. bir daha aydınlaşdırdıqdan sonra təkidlə dedi... B.Bayramov. // Yer qabığında baş verən titrəyişlərin qeydə alınması ilə bağlı olan. Seysmik xəritə. Seysmik cihaz. -Şeyda əsasını qoymağa çalışdığı seysmik stansiyanın layihəsini özü işləmişdi. B.Bayramov.
Paylaşın - Hamı bilsin
|