İzahlı lüğət

SİDQ

is. [ər.] Sədaqət, səmimilik, ürək təmizliyi. □ Sidqlə, sidq ilə - bax sidqiürəkdən. Bitibdir dağda lalə; Oxşar gül üzdə xalə; Sidqinən sevən ürək; Axır çatar vüsalə. (Bayatı). Artıran söz qədrini sidq ilə qədrin artırar; Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz. Füzuli. Sidqi-ürəkdən (ürəklə), sidqi-dildən (dillə) - səmimiyyətlə. Sidqiürəkdən təşəkkür etmək. Sidqi-dildən qulluq etmək... - Mən qonaqların qabağına çıxıb, sidqi-ürəkdən onları pişvaz edirdim və onlara - xoş gəldin - deyirdim. C.Məmmədquluzadə. [Kətxuda:] Hərgah doğrudan Əmi sidqi-ürəklə camaatın tərəfini saxlayır isə, əlbəttə, bir iş meydana gələcəkdir. N.Nərimanov. [Mirzə Cəmil:] Nə qədər canım sağdır, nəfəsim gedib-gəlir, ağama sidqi-dillə qulluq eləyəcəyəm. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed